Neft həftə ərzində kəskin ucuzlaşıb | Banco.az

Neft həftə ərzində kəskin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Həftə ərzində dəyişən iqtisadi gündəm səbəbindən neft bazarları kəskin dəyər itkisi ilə üzləşib.

Banco.az xəbər verir ki, bu həftə Çindən gələn yumşalma xəbərlərinə baxmayaraq, iqtisadi aktivliklə bağlı narahatlıqlar səbəbilə neft qiymətlərində 10 faizə qədər ucuzlaşma reallaşıb.

Dünəndən etibarən bahalaşmağa başlayan ABŞ xam neftinin bir bareli həftənin sonuncu ticarət günündə cari vaxt üçün 0,45 faiz dəyər qazanmaqla 71,77 dollara qalxıb.

Brent markalı neftin bir bareli isə 0,41 faiz bahalaşmaqla hazırda 76,46 dollara satılır.

Qeyd edək ki, son dövrlərdə neft bazarı davamlı likvidlik çatışmazlığı ilə üzləşir ki, bu da qiymətlərdə kəskin volatilliyə səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et