Müəllif - Aida İsaq, Banco.az
May ayında OPEK ölkələrinin neft hasilatı ümumilikdə sutkada 460 min barel azalıb. Halbuki, aprel ayında azalma 1,1 milyon barel səviyyəsində proqnozlaşdırılmışdı.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” öz məlumatlarına istinadən xəbər verir. Agentliyin məlumatına görə, ayın yekunlarına əsasən, hasilatı azaltmağı vəd edən OPEK ölkələri hasilatı cəmi 540 min barel azaldıb.
Razılaşmanın ən məsul tərəfləri isə Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri olub. İraq isə öz növbəsində hasilatı artırıb. Nigeriya və Anqoladan ixracda artım qeydə alınıb.
Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı OPEK+ ölkələrinin növbəti toplantısı iyunun 4-də Vyanada baş tutacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!