"Neft hasilatının azaldılması təklifləri hələ müzakirə edilməyib" | Banco.az

"Neft hasilatının azaldılması təklifləri hələ müzakirə edilməyib"

"OPEC+ ölkələri hələ neft hasilatının azaldılması təkliflərini müzakirə etməyib, çünki daha əvvəl dünya bazarında tələb və təkliflə bağlı mövcud vəziyyətin müzakirə edilməsi lazımdır".

Bunu Avstriyanın paytaxtı Vyana şəhərində Küveytin neft naziri Baxit əl-Rəşidi deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et