Neft hasilatını ikiqat artıra bilər | Banco.az

Neft hasilatını ikiqat artıra bilər

Əgər sanksiyalar ləğv olunarsa, İran gündəlik neft hasilatını 1,2 milyon barreldən 2,3 mln barrelə qədər artıra bilər, bu haqda The Wall Street Journal dərgisinə müsahibəsində Neft nazirinin Planlama və təftiş üzrə müavini Mansur Moazami bildirib. “Biz uçuş xəttində dayanmış, uçuşa hazır olan pilot kimiyik. Bax, bütün ölkə indi məhz bu vəziyyətdədir”, - o deyib.

Moazaminin sözlərinə əsasən, o neftin qiymətinin düşəcəyini gözləmir, çünkü qlobal iqtisadi inkişaf tələbi artıracaq. 2015-ci ilin sonuna İran, neftin qiymətinin $70/barrel civarında olacağını ehtimal edir, nazir müavini əlavə edib.

Moazami həmçinin deyib ki, İran OPEK ölkələrinin neft hasilatı üzrə individual kvotalar tətbiqinə qayıtmağın tərəfdarıdır. Kartel 2011-ci ildə bu yanaşmadan imtina edib, çünki onsuz da kvotalara məhəl qoyan yox idi. Indi isə OPEK gündəlik 30 mln/barrel ümumi göstəriciyə sadiq qalır. Kartelin təmsilçisinin sözünə əsasən, bu sadəcə tövsiyə olunan göstəricidir, əslində isə real göstərici sutka ərzində 31 mln barrel təşkil edir.

OPEK-in iyunun 5-də baş tutmuş son sammitində İranın neft naziri Bidcan Zanqanex kartel üzrə öz tərəfdaşlarına bəyan edib ki, sanksiyalar ləğv olunduğu halda hasilatı artıracaq və o, fərdi kvotaları bərpa etməyi təklif edib. İran və Fars Körfəzinin Ərəb ölkələrinin nümayəndəsinin sözlərinə əsasən, Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi buna etirazını bildirib. O bildirib ki, satışı təşkil etməyənə qədər hasilatın artımını müzakirə etməyə dəyməz, həmçinin kvotalara qayıtmaq istisna olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et