"OPEC və tərəfdaşlarının neft istehsalını azaldıb-azaltmayacağı barədə danışmaq üçün çox tezdir".
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih, OPEC və tərəfdaşlarının hədsiz təklif vəziyyətindəki bazara sabitlik qazandırmaq üçün hasilatın azaldılması barədə razılığa gəlib-gəlməyəcəyini söyləmək üçün erkən olduğunu bildirib.
Beləliklə, Səudiyyə Ərəbistanı son bəyanatlarıından geri addım atıb. Bir müddət əvvəl, Səudiyyə Ərəbistanı hasilatın azaldılmasının lazım olduğunu müdafiə edirdi.
Digər tərəfdən, özəl sektor məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə artıb.
Səudiyyə Ərəbistanının Energetika nazirinin açıqlamasından sonra hasilatın azaldılmayacağına dair şübhələr artıb və bu səbəbdən neft qiymətləri düşür. Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, Brent nefti 1,6% ucuzlaşma ilə 61,11 dollardan alıcı tapıb.
marja.az