Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını güclənməsilə əlaqədar olaraq neft qiymətləri yenidən düşür.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Brent nefti 1,2% ucuzlaşma ilə 64,58 dollardan alıcı tapıb. ABŞ xam nefti isə 1,1% də ucuzlaşaraq 55.98 dollara düşüb.
Qeyd edək ki, dünən neft təxminən 4% ucuzlaşmışdı.
Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır.
Marja