Neft gecə 1 faizdən çox bahalaşıb | Banco.az

Neft gecə 1 faizdən çox bahalaşıb

Çinin, ABŞ-ın son əlavə gömrük vergilərinə qarşı dərhal cavab tədbirləri görməyəcəyini və danışıqlar aparaq əlavə tariflərin ləğvinə çalışacağını açıqlaması bazarlarda nikbinliyi artırıb. 

Digər tərəfdən ABŞ-da neft ehtiyatları azalıb.

Həm nikbinliyin artması, həm də ehtiyatların azalması ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib. Bakı vaxtı ilə saat 08:45-ə olan məlumata görə, Brent nefti 1,1% bahalaşaraq barelinin qiyməti 61,16 dollara, ABŞ xam nefti isə 1,6%bahalaşaraq barelinin qiyməti 56.68 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-Çin ticarət müharibəsinin şiddətlənməsi qlobal durğunluğa aparır və neftə tələbi azaldır. ABŞ Prezidenti Donald Trampın və Çinin ticarət mövzusundakı son açıqlamaları nikbinliyi artırıb. İnvestorların həll ilə bağlı nikbinliyini qorumağa çalışmalarına baxmayaraq, bazar həssas olaraq qalır. ABŞ-ın ikinci rüb iqtisadi artım rəqəmi ilk açıqlanan ilə müqayisədə azaldılıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et