Neft Fondunun Mərkəzi Banka transferti tam icra olunmaya bilər | Banco.az

Neft Fondunun Mərkəzi Banka transferti tam icra olunmaya bilər

Makroiqtisadi sabitliyin təmin edilməsi üçün Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) köçürülməsi nəzərdə tutulan məbləğ (7,5 mlrd. manat) tam icra olunmaya bilər.

Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Bu ilin I rübündə Mərkəzi Banka 2,279 mlrd. manat köçürülüb. Hesab edirik ki, nəzərdə tutulan tam məbləğ icra olunmayacaq. Amma dəqiq rəqəm demək indidən çətindir".

"Fondun büdcə köçürmələrində planlaşdırılan məbləğdən fərq olacaq. May ayında vaxtı çatan Azərbaycan Beynəlxalq Bankındakı depozitin də vaxtı uzadılacaq, faizi isə eyni olacaq", - deyə Ş.Mövsümov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin bildirib ki, ARDNF portfel investisiyalarında daha çox əmlaka yatırım etmiş fondların aktivlərinə üstünlük verir: "Bu ilin ilk rübündə səhmlər üzrə gəlirlilik 3,61% olub". Qeyd edək ki, ötən il səhm portfelinin gəlirliliyi 4,96% olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et