“Neft Fondunun (SOFAZ) 2017-ci il üçün təsdiq olunmuş büdcəsinin manatla olan xərcləri əsasən, dövlət büdcəsinə transfert və digər ödənişlərdən ibarətdir”.
Bu sözləri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov müsahibəsində deyib.
“2017-ci ildə Neft Fondu qeyd olunan öhdəliklərini təmin etmək məqsədi ilə Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclar vasitəsilə ən azı dövlət büdcəsinə transfertin təsdiq olunmuş məbləği həcmində - 6,1 milyard manat (3 milyard 351 milyon dollar - red.) ekvivalentində valyuta satışının həyata keçirilməsini nəzərdə tutur”, - deyə o qeyd edib.
©APA.az