Neft Fondunun auditi başa çatıb | Banco.az

Neft Fondunun auditi başa çatıb

"Pricewaterhouse Coopers (PwC) - Azerbaijan" auditor şirkəti tərəfindən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il maliyyə hesabatı üzrə aparılan audit yoxlaması ötən həftə yekunlaşıb. Artıq yoxlamanın yenəticələri ilə bağlı auditor rəyi ARDNF-ə təqdim olunub.

Məlumata görə, ARDNF ilə eyni vaxtda başlanan Azərbaycan Mərkəzi Bankındakı (AMB) audit isə bu həftə bitəcək və aprelin 1-nə qədər nəticələr AMB-yə təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hər iki qurumda yoxlamalar fevralın əvvəlində başlayıb.

Xatırladaq ki, "PwC Azerbaijan" həm də "Neftçi" PFK və MİDA-nın kənar auditorudur.

©Report