Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 9,216 mlrd. manat təşkil edəcək.
Bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verilir.
Başqa sözlə, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə ARDNF-dan büdcəyə transfert 51,1% və yaxud 3,116 mlrd. manat artırılır.
Mənbə: Report.az