Neft Fonduna daxil olan vəsaitlərin 74,7 faizi istifadə edilib | Banco.az

Neft Fonduna daxil olan vəsaitlərin 74,7 faizi istifadə edilib

2001-2016-cı illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar 130,8 mlrd. dollar təşkil edib.

ARDNF-nin 2016-cı il üzrə hesabatına istinadən xəbər verilir ki, daxilolmaların 74,7%-i istifadə edilib, qalan 25,3% və ya 33,15 mlrd. dolları isə yığıma göndərilib.

2003-2016-cı illərdə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 71,5 mlrd. manat, o cümlədən 2016-cı ildə 7,615 mlrd. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin sonuna fondun aktivləri 33,147 mlrd. dollar təşkil edir və hesabat ilində 1,3% azalıb. 

2016-cı ildə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,92% təşkil edib. Son 10 il ərzində (2006-2016-cı illər) fondun portfelinin orta gəlirliliyi illik 2,19%-ə bərabər olub.

Mənbə: Oxu.az