Neft Fondu valyuta satışını 8% azaldıb | Banco.az

Neft Fondu valyuta satışını 8% azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

Bu ilin beş ayında valyuta satışının 352,4 mln. dolları may ayının payına düşüb. Bu isə ötən ilin may ayından 16,6% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-may ayları ərzində 2 535,5 mln. dollar, may ayında isə 422,7 mln. dollar məbləğində vəsait satılıb.

Report.az