Neft Fondu Sentyabrda satdığı valyutanın məbləğini açıqladı | Banco.az

Neft Fondu Sentyabrda satdığı valyutanın məbləğini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 

Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, avqust ayı ilə müqayisədə sentyabrda valyuta satışı 196,5 milyon dollar və ya 24% azalıb.

Xatırladaq ki, 2019-cu ilin iyul ayı ərzində Neft Fondu tərəfindən 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. İyul ayı ilə müqayisdə avqust ayında Dollar satışı 1,9 dəfə artmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Mərkəzi Bank bildirir ki, hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalır. Bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et