Neft Fondu müşahidə şurasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM | Banco.az

Neft Fondu müşahidə şurasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.  

Prezident İlham Əliyev dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.