Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 aprel tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 37,9%-i "AA" reytinqli olub.
Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 23,1%-i "AAA", 25,9%-i "A", 12,2%-i "BBB", 0,8%-i qeyri-investisiya reytinqli olub.
2025-ci ilin 1 aprel tarixində istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 46,5%-i "AAA", 23,4%-i "AA", 17,3%-i "A", 12,4%-i "BBB", 0,4%-i qeyri-investisiya reytinqli olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
