Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ilin sonuncu ayında Fond tərəfindən valyuta hərraclarında 584,8 mln. dollar məbləğində vəsait satılıb.
Ötən ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 208,9 mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən satılan valyutanın həcmi 2,8 dəfə artıb.
Ümumilikdə, 2017-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 598,12 mln. dollar satıb. Bu, 2016-cı il ilə müqayisədə 1,3 mlrd. dollar və ya 26,53% azdır.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
Mənbə: Apa.az