Neft Fondu büdcə tapşırığını 12%-ə yaxın kəsirlə icra edib - DOLLAR SATILMIR | Banco.az

Neft Fondu büdcə tapşırığını 12%-ə yaxın kəsirlə icra edib - DOLLAR SATILMIR

“Valyuta bazarına müdaxilələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) həyata keçirdiyi valyuta hərracları vasitəsilə olmuş, 2019-cu ilin 9 ayında valyuta hərraclarında 4 milyard 512,85 milyon ABŞ dolları satılmışdır”.

Bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.

Bu valyuta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126,75 milyon ABŞ dolları azdır: “Dövlət büdcəsi gəlirlərinin icrası barədə 9 aylıq məlumatlara əsasən, baxılan dövr ərzində ARDNF transfertlərinin həcmi 88,4% icra edilmiş, 987,2  milyon manat vəsaitin icrası reallaşdırılmamışdır”.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Mərkəzi Bank cari ilin 9 ayında ARDNF-in transferlərinin nisbətən aşağı səviyyədə icra edilməsi səbəbini bazarda dollar təklifinin ona tələbi üstələməsi və dolların satılmaması ilə izah etmişdir.

Baxılan dövr ərzində manatın məzənnəsi dəyişməz qalmış və 1 ABŞ dolları 1,70 manata bərabər olmuşdur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et