"Neft düşür, xarici mühit qeyri-müəyyəndir" - Mərkəzi Bank | Banco.az

"Neft düşür, xarici mühit qeyri-müəyyəndir" - Mərkəzi Bank

"Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaqdır".

"Beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalmışdır. Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur".

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı xarici mühitdəki qeyri-müəyyənliklərlə, xüsusilə neftin qiymətinin kəskin düşməsilə bağlı olaraq faiz dərəcələrinə toxunmayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdır. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et