Neft daha da ucuzlaşıb | Banco.az

Neft daha da ucuzlaşıb

Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarının güclənməsilə əlaqədar olaraq neft qiymətləri düşməkdə davam edir.

Həftənin ilk iş günü Brent nefti daha 1% ucuzlaşaraq 61.35 dollara, ABŞ xam nefti isə 0,7% də ucuzlaşaraq 53.14 dollara düşüb.

Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb.

Brent nefti son 1 həftədə 10.5%, son 1 ayda isə 13% ucuzlaşıb.

ABŞ Prezidenti Donald Trampın Meksikaya 5% gömrük vergisi tətbiq olunacağını açıqlaması və Çin tərəfindən ABŞ-a cavab veriləcəyinin siqnalının verilməsi qlobal ticarət müharibəsi narahatlıqlarını daha da artırıb. Qlobal birjalar düşməkdədir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et