Neft daha da ucuzlaşdı | Banco.az

Neft daha da ucuzlaşdı

ABŞ Prezidenti Donald Tramp Neft İxrac Edən ölkələr Birliyinə (OPEC) qiymətləri aşağı salması üçün şəxsi təzyiqini davam etdirir.  

Tramp jurnalistlərə verdiyi açıqlamada, "OPEC ilə əlaqə saxladım, neft qiymətlərini aşağı salmaları lazım olduğunu dedim" bildirib.

Trampın OPEC-ə təzyiqi ilə əlaqədar olaraq neft qiymətləri düşür. Hazırda (saat 13:05) Brent nefti 1,1 faiz ucuzlaşma ilə 71.34 dollardan alıcı tapır.

Ən sərfəli kredit üçün müraciət et

Neftin qiyməti, ABŞ-ın Çin və digər bəzi ölkələrin İrandan neft idxalına verdiyi möhləti uzaltmayacağını açıqladıqdan sonra ötən həftə son altı ayın ən yüksək səviyyəsini (75 dollar) görmüşdü.

Ancaq İrana sanksiyaların nə qədər sərt tətbiq ediləcəyinə dair şübhələr, Səudiyyə Ərəbistanı və digər istehsalçıların İrandan qaynaqlanacaq kəsiri bağlamaq üçün istehsalı nə qədər artıracağına dair qeyri-müəyyənlik davam edir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et