Neft bu ilin ən böyük həftəlik qazancını əldə edib | Banco.az

Neft bu ilin ən böyük həftəlik qazancını əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində 2023-cü ilin ən böyük həfəlik bahalaşması qeydə alınıb.

Banco.az xəbər verir ki, OPEC+-ın hasilatın azaldılması ilə bağlı gözlənilməz qərarı və ABŞ-da ehtiyatların azalmasının bazar proqnozunu sərtləşdirməsindən sonra neft ardıcıl üçüncü həftəlik qazancını əldə edib.

OPEC+-ın may ayından etbarən hasilatı gündə 1 milyon bareldən çox azaltmaq qərarından sonra qiymətlər 6,3 faizlə bu ilin ən böyük yüksəlişini bazar ertəsi günü reallaşdırıb. Səudiyyə Ərəbistanı da hasilatı azaltmaq qərarından sonra Asiyadakı müştərilərinə bütün neft satışlarının qiymətlərini artırıb.

ABŞ xam neftinin qiyməti 0,11 faiz bahalaşaraq 80,70 dollara, Brent markalı neftin qiyməti isə 0,15 faiz dəyər qazanmaqla 85,12 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et