Müəllif: Tamara Mustafayeva, Banco.az
Neft bazarlarında Qırmızı dəniz narahatlıqları davam edir.
Banco.az xəbər verir ki, neft qiymətləri iki aydan çox müddət ərzində ən böyük həftəlik artımını nümayiş etdirdikdən sonra Husilərin Qırmızı dənizdəki gəmilərə bir sıra hücumlarının ardınca daşımaların dayandırılması ilə stabilliyini saxlayıb.
Qlobal göstərici sayılan Brent markalı neft ötən həftə 3 faizdən çox bahalaşıb ki, bu da oktyabr ayından bəri ən böyük artımdır. Hazırda bu neftin bir bareli 79 dollardan baha satılır.
ABŞ xam neftinin bir bareli isə 74 dollara yaxın ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!