Neft bazarlarında iqtisadi ləngimə narahatlıqları hökm sürür | Banco.az

Neft bazarlarında iqtisadi ləngimə narahatlıqları hökm sürür

Tamara Mustafayeva, Banco.az

Həftənin əvvəlindən neft qiymətlərinə təsir edən iqtisadi ləngimə narahatlıqları dördüncü iş günündə də məhdud şəkildə də olsa davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarlarında FED-in uzaqgörən fikirləri və ABŞ xam neft ehtiyatlarının kəskin artmasına dair məlumatlar fonunda ardıcıl üç günlük ucuzlaşmadan sonra yan meyl davam edir.

Ötən üç gün ərzində demək olar ki, 6 faiz ucuzlaşan ABŞ xam nefti yeni günə 87 dollar səviyyəsində başlayıb.

Brent markalı neft isə 92,39 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et