Neft bazarlarında inflyasiya narahatlığı hökm sürür | Banco.az

Neft bazarlarında inflyasiya narahatlığı hökm sürür

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ prezidenti Co Baydenin yüksək inflyasiya həddi ilə mübarizə aparmaq üçün strateji əhəmiyyətli neft ehtiyatlarının istifadə edilə biləcəyi ilə bağlı açıqlamalarından sonra dünən ucuzlaşdıqdan sonra yeni günə stabil başlayıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) hazırda bir bareli 81.54 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,3% bahalaşaraq bir bareli 82.87 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram