Neft bazarları ötən həftəki itkilərin bir qismini bərpa edib | Banco.az

Neft bazarları ötən həftəki itkilərin bir qismini bərpa edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft bank böhranından sonrakı ən böyük həftəlik dəyər itkisinin ardınca yeni həftəyə yüksəlişlə başlayıb.

Banco.az xəbər verir ki, investorların bir çoxunun tələb perspektivinə dair əlavə dəyərləndirmələri gözləməsi fonunda neft bazarları ötən həftəki itkilərin bir qismini bərpa edib.

ABŞ xam neftinin bir bareli hazırda 78,74 dollar, Brent markalı neftin bir bareli isə 82,70 dollar səviyyələrində ticarət olunur.

Qeyd edək ki, ötən həftə neft qiymətləri Asiyada neft emalı zavodlarının marjalarının daralması əlamətləri fonunda mart ayındakı bank böhranından bəri ən böyük həftəlik enişini reallaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et