Beynəlxalq Enerji Agentliyi 2018-ci il üzrə verdiyi ilk proqnozunda OPEC-ə üzvü olmayan ölkələrdə neft hasilatının artımının tələbi üstələyəcəyini bildirib.
“Bloomberg”ə istinadən xəbər verilir ki, bununla da OPEC hasilatı azaltmaqla bağlı qərarına bir də baxmalı ola bilər.
Növbəti il OPEC üzvü olmayan - ABŞ, Braziliya, Kanada və digər neft istehsalçısı ölkələrin hasilatındason dörd ilin ən böyük artımı baş verəcək. Bu səbəbdən OPEC və tərəfdaşlarınin neft hasilatını azaltmaları bazara təsir etməyəcək.
Hesabatda bildirilir ki, 2018-ci il təklifi “tormozlamaq” istəyən istehsalçılar üçün “ayıldıcı” xarakter daşıyacaq.
Mənbə: Oxu.az