Neft bazarında dalğalanmalar iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA | Banco.az

Neft bazarında dalğalanmalar iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

 İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-2028-ci illər üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Neft bazarının  gələcəkdə hansı ssenarilər qarşısında qalması məsələsi barədə iqtisadçı, keçmiş maliyyə naziri Fikrət Yusifov Banco.az-a açıqlama verib. O düşünür ki,  dünyada baş verən siyasi hadisələr fonunda neftin qiymətlərində kəskin dəyişikliklər baş verir:

“Bu vəziyyət Rusiya-Ukrayana müharibəsi və İsrail-İran qarşıdurması yekunlaşana qədər davam edəcəkdir. Əgər qarşıdakı dönəmlərdə dünyanın başqa regionlarında da bunlara bənzər hadisələr baş verərsə (onların baş verməsi ehtimalı kifayət qədər böyükdür), o halda dünya bazarlarında neftin qiymətlərinin özünü necə aparacağına heç bir təminat vermək mümkün olmayacaq”.

Ən sərfəli kredit üçün müraciət et

 Fikrət Yusifov hesab edir ki,  neft ölkəsinin büdcəsində neftin bir barelinin qiymətinin 50 dollardan artıq götürülməsi riskli hesab edilməlidi:

“Son zamanlar bəzən qısa zaman kəsiyində neftin qiymətləri hansı sürətlə dəyişə bilib. Bu ilin aprel ayında bir bareli 91 dollardan yüksək olan neftin qiyməti, sentyabr ayının əvvəllərində 68 dollar ətrafında olub yəni 23 dollara qədər və ya 25%-dən çox ucuzlaşa bilib. Son bir həftə ərzində neftin qiymətləri kəskin şəkildə dəyişməkdədir. Əgər sentyabr ayının 27-də neftin bir barelinin qiyməti 70 dollar idisə bu günə - oktyabr ayının 4-nə  həmin qiymət 78 dollardan yüksəkdir.

Qiymətlərdəki bu kəskin oynamalar onu göstərir ki, növbəti ilin Dövlət büdcəsində neftin qiymətini optimal həddə müəyyənləşdirmək doğru seçim olardı”.