Neft bazarında dalğalanma baş verir | Banco.az

Neft bazarında dalğalanma baş verir

Bu gün Londonun “İCE Futures” birjasında “Brent” markalı neft səhər hərracındakı artımdan sonra Bakı vaxtı ilə saat 12.55-də 1,69 faiz ucuzlaşaraq 38,97 ABŞ dollarından satılıb.

Saat 13.09-da isə “Brent” artıq 38,77 dollardan satılıb.

Həmçinin “WTI” markalı neft əvvəlki hərraca nisbətən 2,36 faiz ucuzlaşaraq 36,83 ABŞ dollarından satılıb.

“AxiCorp”un təqdim etdiyi icmala görə Avropada artırılan karantin tədbirləri üzündən tələbat artımı əngəlləndiyi üçün neft bazarına dair qısamüddətli proqnozlar “ürəkaçan deyil”: “Tələbatın hazırkı trendi davam etsə, yaxın həftələrdə neftin kəskin ucuzlaşması təəccüblü deyil”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 9.20-da “İCE Futures”dəki hərrac zamanı “Brent” markalı neft 0,1 faiz bahalaşaraq 39,16 dollardan satılıb. Halbuki dünənki hərrac zamanı həmin marka 5,1 faiz ucuzlaşaraq 12 iyun tarixindən bu yana minimum həddə enmişdi. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) neftə dair dekabr müqavilələri dünən 5,5 faiz ucuzlaşdıqdan sonra bu gün səhər 0,27 faiz bahalaşaraq 37,49 dollardan satılıb.

Dünən ABŞ hökumətinin açıqladığı rəsmi məlumata görə 16-23 oktyabr tarixləri arasında ölkədə neft ehtiyatları 4,3 milyon barel artıb. Bu da iyul ayından bu yana ən yüksək artımdır. Halbuki “S & P Global Platts” tərəfindən dindirilən ekspertlər 200 min barel artım gözləyirdilər. Həmçinin NYMEX-də satılan neftin saxlandığı Kuşing anbarlarında neft həcmi eyni müddət ərzində 400 min barel azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən həftə ABŞ-da gündəlik neft hasilatı 1,2 milyon barel artaraq 11,1 milyon barelə çatdırılıb. Ölkədə benzin ehtiyatının həcmi ekspertlərin proqnozundakı 700 min barelə qarşı 9 0 min barel, distilat ehtiyatı isə 2,5 milyon barelə qarşı 4,5 milyon barel azalıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et