Neft bazarında 2020-ci ildən sonra ilk dəfə mənfi rüblük nəticələr qeydə alınıb | Banco.az

Neft bazarında 2020-ci ildən sonra ilk dəfə mənfi rüblük nəticələr qeydə alınıb

Tamara Mustafayeva, Banco.az

Neft bazarı makro göstəricilərdəki turbulentliyin təsiri ilə 2020-ci ildən bəri ilk dəfə olaraq rüblük əsasda mənfi nəticələrə imza atıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal iqtisadi ləngiməyə dair artan narahatlıqlar və dolların güclənməsinin tədarük artırılması ehtimalını kölgədə qoyması fonunda neftin qiyməti yenidən ucuzlaşıb.

ABŞ xam nefti və Brent markalı neft fyuçersləri əmtəə birjalarında həftənin, ayın və cari rübün yekun ticarət günü yan meyl göstərib. Cari rübdə ABŞ xam nefti ümumilikdə 23% dəyər itirib.

Hazırda ABŞ xam neftinin bir bareli 0,12% bahalaşaraq 81,33 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı nefti bir bareli isə 0,02% dəyər qazanmaqla 88,51 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et