Neft bazarı ilə bağlı vacib proqnoz: Qıtlıq yarana bilər | Banco.az

Neft bazarı ilə bağlı vacib proqnoz: Qıtlıq yarana bilər

“Yeni layihələr həyata keçirilməsə, 2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər”.

Forexpf.ru saytına istinadən verilən xəbərə görə, bu barədə məlumat Beynəlxalq Energetika Agentliyinin (BEA) yenilənmiş 5 illik proqnoz hesabatında verilib. 

Hesabata görə, yaxın 3 ildə neft hamıya çatacaq. Belə ki, yaxın illərdə ABŞ, Kanada və Braziliyada hasilatın artması gözlənilir.

2015-2016-cı illərdə neft quyularının kəşfiyyatı daxil olmaqla sektora investisiya qoyuluşunun kəskin azalması tendensiyasının bu il də davam etməsi proqnozlaşdırılır.

BEA-nın hesabatına görə, 2019-cu ildə neftə tələbin 100 mln. barel/günü ötməsi, 2022-ci ilə qədər isə 104 mln. barel/günə çatması ehtimal edilir. Tələb əsasən inkişaf etməkdə olan ölkələrdən olacaq və qlobal neft istehlakının 70%-i Asiya bölgəsinin payına düşəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin rəhbəri Fatih Birol bildirib ki, biz ABŞ-da hasilatın artması dalğasının ikinci mərhələsinə daxil olmuşuq: 

“Bunun nə qədər davam edəcəyi qiymətlərdən asılı olacaq. Əgər neftin qiyməti 80 dollar/barelə çatsa, ABŞ-da gündəlik neft hasilatı 3 mln. barel arta bilər.

Əgər qiymətlər 50 dollar/bareldə qalsa, ABŞ-da 2020-ci ildən sonra hasilat azalmağa başlayacaq”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et