ABŞ-da İstehlakçı inam indeksi müsbət açıqlandı.
Dünən ABŞ-dan açıqlanan İstehlakçı inam indeksi göstəricisinin müsbət açıqlanmasından sonra dollar indeksi (DXY) bahalaşdı.
Amerikanın neft institutunun neft ehtiyatlarının azalması barədə məlumatlardan və ABŞ-İran münasibətlərinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində İran tərəfinin etdiyi cəhdlərin boşa çıxması neftin qiymətində bahalaşmaya səbəb oldu.
Bu gün Bakı vaxtı ilə 18.30-da açıqlanacaq ABŞ-da neft ehtiyatları barədə məlumatlarda investorların diqqət mərkəzində olacaq.
İnvestAz