Neft bahalaşmaqda davam edir | Banco.az

Neft bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

OPEC+ koalisiyasının neft hasilatında ciddi azalmaya hazırlaşdığı xəbəri ilə həftənin ilk ticarət günündə yüksəliş müşahidə edilən neft bazarında hazırda yan meyl izlənilir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarının OPEC+ koalisiyasının çərşənbə günü keçiriləcək iclasına yönəldiyi əsnada qiymətlər həftənin ikinci ticarət günü bir qədər də bahalaşıb.

ABŞ xam nefti 83 dolları, Brent nefti isə 89 dolları keçib.

Xatırladaq ki, bazar ertəsi ABŞ xam nefti 5%-dən çox bahalaşmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram