Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri dünən açıqlanan rəsmi göstəricilərin ABŞ-dakı ehtiyatların azaldığını ortaya çıxarması fonunda bahalaşmaqda davam edib.
Nyu-York əmtəə birjasında dünən bir barel neftin qiyməti 2,3% artımla 73 dollardan bahalaşıb.
Brent markalı neftin fevral fyuçersi London əmtəə birjasında 0,3% dəyər qazanaraq bir bareli 75.49 dollara yüksəlib.
ABŞ xam neftinin (WTI) fevral fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) 0,3% bahalaşmaqla azırda bir bareli 72.95 dollara ticarət edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!