Neft bahalaşmaqda davam edir | Banco.az

Neft bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşmaqda davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının kəskin azalmasına dair xəbərlərdən sonra bahalaşmağa davam edib. 

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) dünən 1% dəyər qazanmaqla hazırda bir bareli 73 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,5% bahalaşmaqla bir bareli 75 dollar səviyyəsini üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et