Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ehtiyatların azalması fonunda bahalaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının azalmasından sonra yenidən bahalaşmaqla bir bareli 73 dollar səviyyəsinə yüksəlib.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% yüksələrək hazırda bir bareli 73.24 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,7% bahalaşaraq bir bareli 75.31 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!