Neft bahalaşmaqda davam edir | Banco.az

Neft bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yoluxma sayının çoxalmasına baxmayaraq OPEC+ tərəfindən hasilatın artırılmasına dair planın açıqlanması fonunda bahalaşıb. 

ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,3% yüksələrək bir bareli 63.23 dollara çatıb.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1,2% dəyər qazandıqdan sonra yenidən 0,3% yüksələrək bir bareli 66.62 dollara qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram