Neft bahalaşmaqda davam edir | Banco.az

Neft bahalaşmaqda davam edir

Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın və Səudiyyə Ərəbistanının açıqlamalarından sonra rekord sıçrayış reallaşdırmasının ardından yüksəlməkdə davam edir.

Dünən təxminən 30% bahalaşan Brent nefti bu gün 3%-ə yaxın da bahalaşıb.

Bakı vaxtı ilə saat 11:45-də Brent nefti 3% bahalaşma ilə 30,85 dollardan alıcı tapıb.

ABŞ Prezidenti Donald Tramp, Cümə axşamı günü Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığının ardından, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını təxminən 10 milyon barel azaldacaqlarını gözlədiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Tramp "tweet"ində istehsalın azaldılmasının "15 milyon barelə qədər qalxa biləcəyini" ifadə edib.

Tramp, "Hər kəs üçün şad xəbər" yazıb.

Səudiyyə Ərəbistanının dövlət mediasına görə, Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata üzv olmayab ölkələri "təcili yığıncağa" çağırıb. 

Aprelin  6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü keçiriləcək.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et