Neft bahalaşmaqda davam edir | Banco.az

Neft bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

OPEC+ koalisiyasının ötən 2 ilin ən yüksək hasilatın azaldılması qərarından sonra sürətlə bahalaşan neft qiymətlərindəki yüksəliş məhdud şəkildə də olsa davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarlarında OPEC+ görüşündə qəbul edilən hasilatın azaldılması qərarının əks-sədaları davam etməkdədir.

İclasın təsiri ilə kəskin bahalaşan neftin qiymətləri yeni ticarət gününə də cüzi qiymət artımı ilə başlayıb.

ABŞ xam nefti 87 dollar, Brent nefti isə 93 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram