Neft bahalaşmağa davam edir | Banco.az

Neft bahalaşmağa davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bahalaşmağa davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti investisiya banklarının müvafiq proqnozları fonunda bahalaşmağa davam edərkən Goldman Sachs Group növbəti aylarda neft qiymətlərinin 70 dollara qədər bahalaşacağını ehtimal edir.

Qeyd edək ki, Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 63 dollara yüksəlib.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bazar ertəsi 4,1% yüksəldikdən sonra bu gün Bakı vaxtı ilə 08:56-da 96 sent də yüksələrək bir bareli 62.66 dollara qədər bahalaşıb.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 3,7% yüksəldikdən sonra yenidən 1,8% dəyər qazanaraq bir bareli 66.40 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et