Neft bahalaşmağa başladı | Banco.az

Neft bahalaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Neft bazarının diqqəti İranla nüvə danışıqlarına yönəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Qərb ölkələri ilə İran arasında nüvə sazişinin bərpası istiqamətində aparılan danışıqlarda irəliləyiş əldə olunduğuna dair xəbərlər neftin qiymətinin qalxmasına səbəb olub.

ABŞ xam nefti 87 dollardan bahalaşarkən, Brent nefti də 93 dolları keçib.

Qeyd edək ki, ABŞ xam nefti qlobal tənəzzüllə bağlı narahatlıqlar səbəbindən əvvəlki sessiyada 8 faizdən çox ucuzlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et