Neft avqust ayını zərərlə başa vurmaq üzrədir | Banco.az

Neft avqust ayını zərərlə başa vurmaq üzrədir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ilin ən zərərli aylıq bağlanışına hazırlaşır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, ABŞ xam nefti avqust ayı ərzində təqribən 7%, Brent markalı neft isə 4% dəyər itkisi ilə 2021-ci ilin ən zərərli ayını keçirib.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% ucuzlaşmaqla hazırda bir bareli 68.85 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 0,4% geriləyərək bir bareli 73.12 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et