Neft ABŞ-dan gələn xəbərlər ilə ucuzlaşır | Banco.az

Neft ABŞ-dan gələn xəbərlər ilə ucuzlaşır

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya (satış məqsədli) xam neft ehtiyatlarının keçən həftə 4,7 milyon barel (1%) artaraq 476,8 milyon barelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları bir əvvəlki həftə 5,4 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 1,1 milyon barel azalaraq 644,8 milyon barelə geriləyib. 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 3,7 milyon barel (1,7%) artaraq 228,7 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 1,1 milyon barel düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 100 min barel artıb.   11-17 May həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,2 milyon barel təşkil edib. 

ABŞ-ın xam neft idxalı 669 min barel azalaraq 6,94 milyon barelə, ixracı da gündəlik ortalama 425 min barel azalaraq 2,92 milyon barelə geriləyib.

ABŞ-da xam neft ehtiyatlarının və istehsalın artması ilə əlaqədar olaraq neft qiymətləri düşür. Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, Brent nefti 0,9% ucuzlaşma ilə,70,37 dollardan alıcı tapıb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et