Neft 380 dollaradək bahalaşa bilər | Banco.az

Neft 380 dollaradək bahalaşa bilər

ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar Rusiyanı cavab tədbirləri ilə neft hasilatını azaltmağa məcbur edərsə, dünya neft qiymətləri 380 dollara çata bilər.

Bu barədə ABŞ-ın maliyyə holdinqi olan "JPMorgan Chase & Co." analitiklərinə istinadən məlumat yayıb.

Məlumata görə, G7 liderləri Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaqla bağlı kompleks mexanizmi müzakirə edirlər. Bununla belə, Rusiyanın büdcə sisteminin sabitliyini nəzərə alsaq, Moskva gündəlik neft hasilatını iqtisadiyyata ciddi zərər vurmadan 5 mln. barrel azaltmağa qadirdir.

Bununla belə, dünyanın qalan hissəsi üçün Rusiyada hasilatın mümkün azalması fəlakətli nəticələrə səbəb ola bilər. Analitiklərin fikrincə, tədarükün sutkada 3 mln. barrel azaldılması Londonda qiymətləri 190 dollara, ən pis halda isə (5 mln. barrel azalma) qiymətlərin 380 dollaradək çəkə bilər.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et