Neft 1 faizdən çox ucuzlaşıb | Banco.az

Neft 1 faizdən çox ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft Çindən gözlənilən xəbərlər fonunda ucuzlaşıb.

Banco.az xəbər verir ki, investorlar Çinin ilin ikinci yarısında ölkə iqtisadiyyatını necə dəstəkləməyi hədəflədiyinə dair daha çox təfərrüat gözlədiyi üçün, eyni zamanda ticarət həftəsi başlayan kimi digər əmtəələrin ucuzlaşması ilə bağlı olaraq neft də ucuzlaşmağa başlayıb.

ABŞ xam nefti ötən həftə Çinin faiz dərəcələrini aşağı salması və iqtisadiyyatın bərpasına daha çox dəstək göstərəcəyinə dair siqnallar fonunda 2 faizdən çox bahalaşsa da, yeni həftəyə 71 dollardan aşağı başlayıb.

Brent markalı neftin bir bareli isə hazırda 75,79 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram