Neft 1 faizdən çox bahalaşıb | Banco.az

Neft 1 faizdən çox bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri Səudiyyə Ərəbistanının əlavə ixtisar qərarından sonra bahalaşıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının iyul ayında sutkalıq neft hasilatını 1 milyon barel azaldacağını və hasilatı çoxillik minimuma endirəcəyini elan etməsindən sonra həftənin ilk ticarət günü neft qiymətləri bahalaşıb.

ABŞ xam neftinin bir bareli 1,18 faiz bahalaşmaqla 72,59 dollara çatıb.

Qlobal göstərici sayılan Brent markalı neftin bir bareli isə 1,02 faiz dəyər qazanaraq 76,91 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et