Necə tənbəlliyimizə qalib gəlib hərəkətə keçə bilərik? | Banco.az

Necə tənbəlliyimizə qalib gəlib hərəkətə keçə bilərik?

İlk əvvəl tənbəlliyin nə olduğu anlamalıyıq.

Bu onun niyə yarandığını başa düşməyə və onunla necə baş edəcəyimizə kömək edəcək. Tənbəllik bir şey etmək üçün heç bir motivasiyanın olmaması halıdır.

Motivasiyanın yox olmasına səbəblər:

1. Qorxularımız

Ola bilsin daha əvvəl səhvlər etmisiniz və bir daha həmin səhvləri təkrarlamaqdan qorxursunuz.

2. Sizi həyəcanlandırmayan iş.

İşin özü, proses beyinə maraqlı olmayanda müxtəlif yollarla onu yerinə yetirməkdən yayınır və tənbəlliyinizi aktivləşdirir.

3. İntizamın olmaması.

İntizam bizi bir şeyi istəməsək belə, onu etməyə məcbur edir. O olmayanda tənbəllik daha asan bizi idarə edir.

Bunlar tənbəlliyə səbəb olan 3 əsəs səbəbdir.

Bəs ona necə qalıb gələk?

1. 25 dəqiqə qanunu

Beyninizə 25 dəqiqə işləyəcəyinizi söyləyin. Bu 25 dəqiqə o qədər də uzun vaxt deyil. 1 saat, yarım saat yox tam 25 dəqiqə. Bir müddət sonra beyniniz vaxta fikir verməyi unudur və fikrinizi tam işin bitməyinə yönəldirsiniz.

2. Tortu kiçik parçalar halında yeyin

Əgər iş gözünüzə çox böyük və çətin gəlirsə, onu kiçik hissələrə bölərək edin və həmin o hissəni 20 dəqiqəyə yerinə yetirə bilərsiniz. Beynimiz asan və tez işləri görməyi sevir.

3. Deadline (son tarix)

Hər bir işiniz üçün bitmə vaxtı qoyun. Beləliklə özünüzə verdiyiniz sözə görə məsuliyyət hiss edəcəksiniz. Amma əsas çox çətin hala gətirməyin bunu. Asan həll edə biləcəyiniz vaxt limiti qoyun.

4. Nəticəyə fokuslanın, problemə yox.

İşi bitirdikdən sonra alacağınız nəticə haqda düşünün, prosesin verdiyi çətinlikləri yox. Beyin çətinliklərdən qorxur, ona görə onlarla qarşılaşmamaq üçün bütün yollarla qaçır. Ən əsası, bu müddətdə prosesdən zövq almağa çalışın.

5. Etsəm nə olar, etməsəm nə olar?

Bu sualı verərək qoyduğumuz məqsədin bizim üçün nə dərəcədə vacib olduğunu xatırladırıq.

Ən sərfəli kredit üçün müraciət et

White and Tan English Bulldog Lying on Black Rug

6. Uğurlu insanlardan ilham alın.

Motivasiya edici kitab, bloq oxuyaraq və ya uğur qazanmış insan haqqında çəkilmiş avtobioqrafik film izləyərək çox ilhamlana bilərsiniz. Ən vacibi tez hərəkətə keçməkdir, çünki bu metodun effekti tez bitir.

7. Heç nə etməmək.

Masada oturaraq 5 dəqiqə boyu heç nə etməyin. Sadəcə oturun. Əgər meditasiya ilə məşğul olursunuzsa 5 dəqiqə boyu heç nə etmədən otura bilməyəcəksiniz, bir şeylər etmək istəyiniz yaranacaq, həmin an işinizi etməyə başlayın.

8. Rola girmək.

Kim, necə bir insan olmaq istəyirsinizsə, onun kimi davranın. Milyoner olmaq istəyirsinizsə, özünüzə sual verin. Mən kiməm? Milyoner. Milyoner nə edir? Pul qazanır, instaqramda oturmur.

9. Oyun illüziyası yaradın.

Özünüzü oyunun içində təsəvvür edərək görməli olduğunuz işə maraq və məna yükləyin. Təsəvvür edin ki, gördüyünüz işin qarşılığında qızıl əldə edəcəksiniz, yerinə yetirə bilməsəniz isə bir canınız azalacaq.

Ümid edirəm ki, yuxarıdakı metodlardan özünüz üçün faydalı olanı tətbiq etməyə başlayıb faydasını görəcəksiniz.

Həmçinin oxu: Bu sitatları oxuduqdan sonra işlərinizi təxirə salmayacaqsınız!

1lady.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram