NBCBankın Babək filialının açılışı olub | Banco.az

NBCBankın Babək filialının açılışı olub

Bu gün NBCBankın müasir dizaynda əsaslı təmir olunmuş “Babək” filialının açılışı olub. Açılış mərasimində Bankın Müşahidə Şurasının Sədri, İdarə Heyətinin üzvləri, departament direktorları iştirak etmişdilər. Bu 2019-cu ildə yeni konseptdə təmir olunmuş sayca üçüncü filialdır. Geniş bank xidmətlərinin təklif olunduğu filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunub. Bundan başqa filialda müştərilərə kassa hesablaşma əməliyyatları, plastik kartların sifarişi, kredit və depozit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla, bütün bank xidmətləri göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, NBCBankın “Babək” Filialı Babək pr., 2199 ünvanında yerləşir.

Ölkənin ilk müstəqil banklarından olan "NBCBank" ASC Bas Ofis, 11 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə 26 ildir ki müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün NBCBankın rəsmi facebook, instagram səhifələrindən və yaxud whatsapp üzərindən +994709320932 məlumat əldə edə bilərlər. Bundan əlavə  www.nbcbank.az saytına daxil olmaq və ya 932 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et