NBCBank yeni korporativ saytını istifadəyə verdi | Banco.az

NBCBank yeni korporativ saytını istifadəyə verdi

Bu il 25 illiyini qeyd edəcək NBCBank ASC yeni korporativ saytını (www.nbcbank.az) müştərilərinin istifadəsinə verir. Tam fərqli konsepsiyada hazırlanmış yeni saytımız özünü istifadə asanlığı ilə diqqəti çəkir. Saytın strukturu və bölmələrin təşkili yenidən işlənilib və  saytda daxil olan hər bir kəs Bankın göstərdiyi xidmət və təklif etdiyi məhsullar üzrə bütün məlumatları tam rahatlıqla əldə edə bilər. Eyni zamanda fərqli hazırlanmış interfeys də istifadəçilərin zövqünü oxşayacaq.

Həm fərdi, həm də korporativ müştərilər üçün fərqli dizaynda hazırlanmış bölmələrdə istifadəçilər istədikləri məhsul və xidmətlər haqqında məlumat ala bilməklə yanaşı “online banking” xidmətinin də üstünlüklərindən yararlana biləcəklər. Kredit və plastik kartlar üçün “online” sifariş, “online” məlumatlandırılma,  kredit və kommunal ödənişlərlərdən başqa, depozit və kredit kalkulyatoru, filial və bankomat şəbəkəsinin yerləşməsini göstərən xəritə və digər yeniliklər istifadəçilərin xidmətində olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin də rahat mobil versiya müştərilərə saytın bütün özəlliklərindən smartfon və planşetlərdə istifadə etmək imkanını verir.

Ən sərfəli krediti almaq üçün müraciət et