"NBC Bank"ın hazırki maliyyə vəziyyəti necədir? - HESABAT | Banco.az

"NBC Bank"ın hazırki maliyyə vəziyyəti necədir? - HESABAT

"NBC Bank" ASC 2017-ci il martın 31-ə olan maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın açıqladığı məlumata əsasən xəbər verir ki, bankın aktivlərinin həcmi 165 mln. 268 min manata çatıb ki, bu da ötən ilin 4-cü rübü ilə müqayisədə təqribən 6,3 mln. manat və ya 4% çoxdur.

2017-ci ilin ilk rübündə bank tərəfindən mmüştərilərə verilən kreditlərin həcmi 126 mln. 264 min manat manat olub. Qeyd edək ki, bankın kredit portfeli 2016-cı ilin sonunda 120 mln. 975 min manat, 2015-ci ilin sonunda isə 148 mln. 295 min manat olmuşdu.

Bankın öhdəliklərinin həcmi 111 mln. 937 min manat təşkil edib ki, bunun da 71 mln. 642 min manatı müştərilər tərəfindən yerləşdirilən depozitlərdir. 

Hesabat dövründə bankın cəmi kapitalı 53 mln. 331 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bank 2017-ci ilin ilk rübünü 80,5 min manat xalis zərər ilə başa vurub. Qeyd edək ki, 2016-cı il 31 dekabr tarixində bankın xalis zərəri 1 mln. 797 min 500 manat idi.

17 dekabr 1992-ci ildə yaradılan “Ruzu” SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir.

17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir.
2005 - ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et